"Qarabağ" klubu daha bir futbolçunun müqaviləsini artırıb.

Goal.az xəbər verir ki, Ağdam klubu uzun müddətdir zədə üzündən komandadan ayrı qalan Marinaldo da Silva ilə yeni sözləşmə imzalayıb. Klubdan saytımıza verilən məlumata görə, braziliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb. Bununla da bir ildən çoxdur zədə səbəbindən "Qarabağ"a kömək edə bilməyən Cumbinyo ləqəbli futbolçu qarşıdakı iki ildə də "Qarabağ"da çıxış edəcək.

Milli.Az