İŞİD yaraqlıları tərəfindən girov götürülmüş yaponlarla əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

İŞİD yaraqlıları tərəfindən girov götürülmüş yaponlarla əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
15:03 23 Yanvar 2015
291 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 23 yanvar, AzərTAc
İŞİD yaraqlıları tərəfindən girov götürülmüş iki Yaponiya vətəndaşının taleyi ilə əlaqədar yanvarın 23-də Milli Təhlükəsizlik Şurasının iclası keçirilir. Bu barədə Yaponiya hökumətinin nümayəndələri məlumat yayıblar.
Şuranın iclası Baş nazir Şinzo Abenin Tokiodakı iqamətgahında keçirilir. İclasda Baş nazirlə birlikdə onun müavini Taro Aso və xarici işlər naziri Fumio Kişida, o cümlədən xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər.
Nazirlər Kabinetinin səhər iclasından sonra Ş.Abe deyib: “Həmvətənlərimizin azad olunması üçün biz bütün gücümüzü sərf edəcəyik”. Eyni zamanda, xarici işlər naziri F.Kişida jurnalistlərə bildirib ki, rəsmi Tokio girovların taleyi ilə bağlı müxtəlif kanallar vasitəsilə danışıqları davam etdirir. Lakin o, danışıqların məzmunu barədə məlumat verməyib.
Bu arada Yaponiya hökuməti girovların vəziyyəti barədə heç bir informasiyaya malik olmadığını bildirib. Girovların harada saxlanıldığı da məlum deyil. Kyodo informasiya agentliyinin məlumatına görə, yanvarın 17-də onları Rakkadan Aleppoya aparıblar və həmin vaxtdan yerlərini tez-tez dəyişirlər.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın bildirdiyinə görə, yaraqlılar Yaponiya hökuməti ilə hələlik heç bir əlaqə yaratmayıblar.
Yaraqlılar tərəfindən girovların azad edilməsi üçün təyin olunmuş məbləğin ödənilməsi müddəti Tokio vaxtı ilə saat 14:50-də başa çatıb. İndiyədək girov yaponlar barədə heç bir əlavə məlumat daxil olmayıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_yaraqlilari_terefinden_girov_goturulmus_yaponlarla_elaqedar_Yaponiya_Milli_Tehlukesizlik_Surasinin_iclasi_kechirilir-827011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR