Azərbaycan, Bakı, 13 iyul /Trend/

"BP-Gürcüstan" şirkəti Bakı-Supsa neft kəməri sahəsinin marşrutunu dəyişməyə hazırdır.

Trend-in "Gürcüstan Online"a istinadən verdiyi məlumata əsasən, bunu şirkətin ictimaiyyətlə iş üzrə meneceri Tamil Çantladze deyib.

Onun sözlərinə görə, şirkətin boru kəməri sahəsinin dəyişdirilməsini nəzərdə tutan planı var: "Bu plan boru kəməri istismara verildikdən bir qədər sonra yarandı".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az