Sığortalı şəhərdə komfortlu həyat.

Şəhərimiz bizim böyük evimizdir. Hər kəsin Bakıda xoşbəxt yaşamaq, illərdir qazandığı evinin, bağının, biznes obyektinin xeyrini görmə haqqı var. Baş verə biləcək hər hansı bədbəxt hadisəni öncədən görmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq sosial bir vəzifədir. Yıxılanı ayağa qaldırmaq, ehtiyacı olana kömək etmək və təəssübkeşlik hər bir azərbaycanlnın sahib olduğu dəyərlərdəndir.

PAŞA Sığorta məhz bu dəyərləri əsas götürərək, bütün Bakı sakinlərini öz əmlaklarını sığortalamağa səsləyir.

Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Daşqın, yanğın, sel, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi üzündən) zəlzələ, yer sürüşməsi, yanğın ,ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalana bilməniz üçün əmlakınızı icbarı sığorta etməniz çox vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.

Bakı şəhərində yerləşən daşınmaz əmlaklar (yaşayış sahələri) üçün sığorta şərtləri aşağıdakı kimidir:

Sığorta haqqı: 50 AZN

Sığorta müddəti: 1 il

Təminat məbləği: 25 000 AZN
(25 000 AZN-dək dəyən zərərlər

şərtsiz azadolma məbləği istisna olmaqla

tam qarşılanır)

Şərtsiz Azadolma məbləği: 250 AZN

PAŞA Sığorta şirkətində sığortalanmağın üstünlükləri:

- Zərər məbləğin tez bir zamanda ödənməsi;

- 24 saat ərzində müştəri xidmətinin təminatı;

- Ölkəmizin güvənli və lider sığorta şirkəti

Əmlakınızı İcbari Sığorta etdirmək istədiyiniz halda PAŞA Sığorta şirkətinin nümayəndələrinə müraciət edə bilərsiniz. Daha ətraflı məlumat üçün: http://pasha-insurance.az/az və ya *7000.