[ 15 İyul 2015 17:43 ]



Bakı. Faiq Mahmudov – APA. Böyük Britaniya İran İslam Respublikasındakı səfirliyinin fəaliyyətinin bərpası imkanını nəzərdən keçirir.


APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond İranla əldə edilmiş razılaşmanı şərh edərkən deyib. O bildirib ki, İranın nüvə silahı hazırlaması təhlükəsi artıq sovuşub.