Musiqi Mədəniyyəti Dövlət Muzeyində bəstəkar Şəfiqə Axundovaya həsr edilən tədbir

Musiqi Mədəniyyəti Dövlət Muzeyində bəstəkar Şəfiqə Axundovaya həsr edilən tədbir
17:58 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində görkəmli bəstəkar, xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.
Muzeydən AzərTAc-a bildirilib ki, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə töhfələrindən söz açıblar.
Tədbir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına “Xatirə” ansamblı və solistləri Orxan Hüseynli, Günay İmamverdiyeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifalarında Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.
Bütün çıxışlar bəstəkarın yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musiqi_Medeniyyeti_Dovlet_Muzeyinde_bestekar_Sefiqe_Axundovaya_hesr_edilen_tedbir-827084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR