[ 16 İyul 2015 02:58 ]
Bakı-APA. Afinanın mərkəzində baş vermiş iğtişaşlar zamanı azı 50 etirazçı saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, iyulun 15-i axşam saatlarında Afinada etirazçılar və polis arasında qarşıdurma baş verib. Toqquşmalar zamanı jurnalistin xəsarət aldığı bildirilir.
Məlumata görə, etirazçılar polisə “Molotov kokteyli” atıb, polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.