“Fəlakətin adına açılan obyektlərə qadağa qoya bilərik”

“Fəlakətin adına açılan obyektlərə qadağa qoya bilərik”
18:06 23 Yanvar 2015
259 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bəzi rayonlarda "Bozbash pictures" serialının əsas obrazları Şəmi və Fəlakətin adına açılmış obyektlər fəaliyyət göstərir.

Axşam.az xəbər verir ki, tamaşada Şəmi obrazını canlandıran aktyor İlkin Həsəni buna münasibət bildirib. O deyib ki, bu tip obyektlərə qadağaların qoyulması mümkündür:

"Layihənin və obrazların müəllif hüquqları bizə məxsus olduğu üçün həmin obyektlərə qadağa qoya bilərik. Yəni onlardan bu adların dəyişdirilməsini tələb edə bilərik. Amma etmirik. Çünki insanlar bunu bizi sevdiyi üçün edir. Hətta Ağdaşda Fəlakətin adına avtoyuyucu, Mərəzədə isə mağaza var. Halal xoşları olsun. Gedib, pullarını qazansınlar".

gun.az

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR