İspaniyanın "Barselona" futbol klubunun argentinalı ulduzu Lionel Messi daha bir titul qazanıb.
Aznews.az xəbər verir ki, bu haqda məlumatı "abc13.com" saytı yayıb.
Məlumata görə, Messi ESPY adlı nüfuzlu mükafata layiq görülüb.
ESPN-in versiyasına görə argentinalı futbolçu "2015-ci il üzrə ən yaxşı xarici idmançı" tituluna sahib olub.
Qeyd edək ki, 28 yaşlı futbolçu səsvermə zamanı tennisçi Novak Cokoviç, "Formula-1"in pilotu Lyuis Hamilton, qolfçu qız Lidiya Ko və "Real Madrid"in forvardı Kriştianu Ronaldunu üstələyərək 1-ci yerə çıxıb.
Milli.Az