Azərbaycan üçün ən aktiv zəlzələ zonası Böyük Qafqazın cənub-şərq yamacında yerləşir

14:52 26 Dekabr 2014
105 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:47 ]

Qurban Yetirmişli: "Azərbaycanda bu vaxta kimi il ərzində maqnitudası 5-dən yuxarı olan bu qədər sayda zəlzələ baş verməyib"

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akadmeiyasının (AMEA) Geologiya İnstitutunda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabat iclası keçirilib.

 

APA-nın xəbərinə görə, iclasda Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli 2014-cü ildə Azərbaycan ərazisində aparılan seysmik müşahidələr, qeydə alınan yerli və xarici zəlzələlər, eləcə də RSXM-in Monotorinq şəbəkəsinin genişlənməsi, respublika ərazisində qurulan GPS stansiyalar barəsində ətraflı məlumat verib.

 

Q. Yetirmişli bildirib ki, bu il həm zəlzələrin sayına, həm də ayrılan enerjinin miqdarına görə ən aktiv il olub. İl ərzində 8 mindən çox zəlzələnin qeydə alındığını deyən Onun sözlərinə görə, daha çox zəlzələr  I rübdə qeydə alınıb: “Bu il Azərbaycanda maqnitudası 5-dən yuxarı olan 6 zəlzələ baş verib. Bu vaxta kimi Azərbaycanda il ərzində maqnitudası 5-dən yuxarı olan bu qədər sayda zəlzələ olmayıb. Son 10 ildə (2003-2014-cü illər ərzində) həm zəlzələrin sayı, həm də ayrılan enerjinin miqdarına görə ən fəal il olub. Azərbaycanda baş verən zəlzələrin dərinliyi ən çox 10-20 km arasında olur. Dərinliyi 50 km-dən yuxarı olan zəlzələlər tək-tək halda Aşağı Kür çökəkliyində və ən çox Xəzərdə baş verir. Bəzən Xəzərdə dərinliyi 70-dən artıq olan tək-tək zəlzələr də qeydə alınır”.

 

Q.Yetirmişli əlavə edib ki, mərkəz tərəfindən hər bir baş verən zələlənin makroseysmik tədqiqatı, zəlzələ ocaqlarının dinamikası aparılır ki, nəticədə ocaqda gedən hansı tip hərəkətləri müəyyən etmək üçün ocaq mexanizmləri öyrənilir: “Azərbaycan üçün ən aktiv zəlzələ zonası Böyük Qafqazın cənub-şərq yamacındadır. Həmin ərazidə zəif təkanlar qeydə alınsa da, aktivlik və gərginlik hələ də qalmaqdadır. Bu da pilitələrin hərəkəti nəticəsində yaranır. Belə ki, Kiçik Qafqaz Böyük Qafqazın altına gedir və Ərəbistan pilitəsini sıxmağa başlayır. Nəticədə Böyük Qafqazın cənub-şərq yamacında gərginlik yaranır”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR