Yaponiyanın “İtoçu” korporasiyasının rəhbəri Azərbaycan prezidentini təbrik edib

15:02 26 Dekabr 2014
62 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:57 ]

Bakı – APA. “İtoçu” korporasiyasının prezidenti və baş icraçı direktoru Masahiro Okafuji Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, M. Okafujinin məktubunda deyilir:

 

”Sizi doğum gününüz münasibətilə İTOÇU Korporasiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və çətin missiyanızın yerinə yetirilməsində uğurlar arzu edirəm. Ölkənizin inkişafı istiqamətində göstərdiyiniz səylərinizi yüksək qiymətləndirərək inamla deyirəm ki, bu gün Azərbaycan Respublikası ilə Yaponiya və İTOÇU Korporasiyası arasında ikitərəfli münasibətlər həmişəkindən daha da güclüdür. Ad gününüz münasibətilə Sizi bir daha təbrik edirəm. Sizə Asiya İnkişaf Bankının gələn ilin may ayında keçiriləcək 48-ci İllik İclasında və iyun ayında gözlənilən birinci Avropa Oyunlarında uğurlar diləyirəm. Bu xoş fürsətdən istifadə edərək, Sizə xoşbəxt və firavan Yeni il arzulayıram”.


Azərbaycan prezidentini həmçinin Müstəqil Dövlətlər Birliyinin İqtisadi Məhkəməsinin Lyudmila Kamenkova, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibi Vladimir Şerbakov təbrik ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR