[ 18 İyul 2015 12:14 ]



Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 39 ünvanında qeydə alınıb.

Naməlum şəxs Bakı şəhər sakini, 1957-ci təvəllüdlü Aişə İsmayılovanın baş nahiyəsinə küt alətlə vurub. Daha sonra ona məxsus, içərisində 2 min ABŞ dolları və mobil telefon olan çantanı əlindən alıb, qızıl boyunbağı və sırğanı qopararaq hadisə yerindən uzaqlaşıb.

Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırma aparılır.