Bakı, 18 iyul, Zərəngiz Mansurova, AZƏRTAC
İyulun 18-də “Qafqaz Media” İctimai Birliyinin təşkilatçiliği ilə Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Azadə Taleh Abbasqızı milli mətbuatımızın keçdiyi şərəfli yoldan danışıb.
Sonra bir sıra media mənsubları Azərbaycan jurnalistikasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.
Tədbirdə yüzdən çox mətbuat nümayəndəsinə müxtəlif nominasiyalarda- “Ustad jurnalist”, “Peşəkar qələm”, “Reytinqli jurnalist”, “Vicdanlı qələm” və s. olmaqla 28 adda diplom və mükafatlar təqdim olunub.
Türkiyə mətbuatını təmsil edən qonaqlar tədbirdə peşə dostlarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib, media nümayəndələrinə göstərdiyi diqqətə görə “Qafqaz Media” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.