Bakı, 21 iyul, Ceyhun Alışov, AZƏRTAC
İstanbul Film Festivalında iki dəfə nümayiş olunan “Əsasız Musa” filmi Çinin ən prestijli Xininq Film Festivalında iştirak etmək üçün finala vəsiqə qazanıb.
AZƏRTAC “Əl-Cəzirə Türk” telekanalının saytına istinadla xəbər verir ki, yazıçı jurnalist Musa Anterin həyatından bəhs edən filmin rejissoru Aydın Orakdır. Dörd ildir çəkilişləri davam edən filmdə 1922–ci il iyulun 22-də öldürülən əsərin qəhrəmanı, kürd əsilli jurnalist Musa Anterin nəvələri də rol alıb. Türkiyənin Mardin, Nusaybin, Akarsu, Zivige vilayətlərində çəkilən filmdə M.Anteri 10 fərqli oyunçu canlandırır. Filmin qəhrəmanının sağlığında istifadə etdiyi əşyaların əsərdə yer alması, eyni zamanda, filmin tarixi özəlliyini əks etdirir.
Qeyd edək ki, Çində keçiriləcək Xininq Film Festivalı iyulun 21-30-da keçiriləcək.