İyulun 24-dən avqustun 1-dək Bakı şəhəri 6 N-li məktəbdə görkəmli Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun ad gününə həsr olunmuş 8, 10, 12 yaşlı uşaqlar arasında beynəlxalq şahmat turniri keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, turnirdə 8, 10, 12 yaşa qədər oğlan və qızlar, Dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan çempionatının iştirakçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar iştirak edə bilərlər.Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Eyni zamanda I yeri tutan şahmatçının “Baku Open 2015”, gümüş mükafatın sahibinin isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarındakı xərcləri təmin ediləcək.

Qaliblər qiymətli hədiyyələr, medallar və diplomlarla təltif olunacaqlar.