Bakı, 22 iyul, AZƏRTAC
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən Bakının “Neftçi” futbol klubunun hazırlıq planında dəyişiklik olub.
Klubdan AZƏRTAC-a bildiriblər ki, komandamız yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi, Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq. Bundan əlavə, sınaq matçlarının günləri də dəyişdirilib. Belə ki, “Neftçi” komandası iyulun 23-də yerli “Alanyaspor”, beş gün sonra “Əl-Faysali” (Səudiyyə Ərəbistanı), iyulun 31-də isə “Antalyaspor” ilə üz-üzə gələcək.