Gübrələrin güzəştlə satılması üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik edilib

12:57 24 Yanvar 2015
104 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 12:48 ]


Bakı. Ramz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları”nın və “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişiklik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr dəyişikliyi ilə bağlıdır.

 

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədr müavini Elçin Mirzəyevin sədr müavini vəzifəsindən azad edilməsi, bu vəzifəyə Aydın Əzizovun təyin edilməsi ilə əlaqədar  “Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində də dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Elçin Mirzəyev Respublika Komissiyasının üzvlüyündən çıxarılıb,  Aydın Əzizov Respublika Komissiyasının üzvü təyin edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR