Bakı, 24 iyul, AZƏRTAC
İyulun 30-dan etibarən “28 Cinema” kinoteatrında Ceyk Cillenholun (“Olimpin süqutu”, “Böyük bərabərləşdirici”, “Məşq günü”) və Reyçel Makadamsın (“Şerlok Holms”, “Gələcəkdən oğlan”, “Parisdə gecə yarısı”) iştirakı ilə döyüş və dram janrında çəkilmiş “Solaxay” və “Taleyinə qalib gəl” filmlərinin nümayişinə başlanacaq.
Kinoteatrdan AZƏRTAC-a bildirilib ki, “Solaxay” filminin qəhrəmanı boksçu Billi Houl gərgin, çətin vəziyyətlərə düşür. Onun üçün əvvəl hər şey yaxşı idi: çempion adı, gözəl həyat yoldaşı və sevimli qızı vardı. Lakin xoşbəxtlik ondan üz döndərir: həyat yoldaşı faciəvi vəfat edir, özü rinqdən kənarlaşdırılır, məhkəmə onu valideyn hüquqlarından məhrum edir və dramatik sonluq… Houlun qalib gəlmək şansı varmı? Hər şeyi onun məşhur solaxay zərbəsi həll edir...
Biletləri kinoteatrın kassalarından almaq olar.