Bakı, 24 iyul, AZƏRTAC
"Bakcell" şirkəti elektron ödəmə üsullarından istifadə edən abunəçilərinə "bonus" dəqiqələr qazanmaq şansı yaradıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, iyulun 24-də başlayan kampaniya çərçivəsində abunəçilər onlayn ödəmə metodlarından istifadə edərək (MilliÖn və e-manat ödəmə nöqtələri, www.hesab.az daxil olmaqla bank kartları vasitəsilə onlayn ödəniş, bankomatlar və s.) balansı 5 manat və daha çox məbləğdə artırdıqda, bu məbləğin 10 faizi həcmində bonus qazanacaqlar. Balansın ödəmə kartı vasitəsilə artırılması üçün bonus təqdim olunmur. Abunəçilər http://www.bakcell.com/az/online-credit-card-payment səhifəsinə daxil olmaqla da balanslarını artıra və bonus ala bilərlər. Əldə olunan bonuslar 7 gün müddətində şəbəkədaxili zəng, SMS və MMS-lər üçün istifadə oluna bilər. Bonusun maksimum miqdarı 2 manatdır. Kampaniya 2 ay davam edəcək. Kampaniya barədə məlumat əldə etmək üçün *555#YES kodunu yığmaq yetərlidir. Bu sorğu üçün balansdan heç bir məbləğ tutulmur.