Saatlı, 25 iyul, Mahir Babayev, AZƏRTAC
Saatlının Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa olunub.
AZƏRTAC xəbər verir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 225 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
“Mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə qeyd olunub ki, bu ilin əvvəlində rayonun Bəylər kəndi də qazlaşdırılıb. Hazırda rayonda bu istiqamətdə işlər sürətlə davam etdirilir. 15 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri də təbii qazdan istifadə edəcəklər. Ümumiyyətlə, ilin sonuna kimi rayonun 20 yaşayış məntəqəsinə “mavi yanacaq” veriləcək.
Açılış mərasimində çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları evlərdə olub, təbii qazın verilməsinə baxış keçiriblər.
Saatlının Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa olunub