Bakı, 25 iyul, AZƏRTAC
Futbol üzrə milli komandamızın qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 29 yaşlı qolkiper Türkiyə birinci divizionunda çıxış edən “Karşıyaka”ya transfer olunub. Komanda K.Ağayev ilə birillik müqavilə imzalayıb.
K.Ağayev ötən mövsüm "Kayserispor"da çıxış edib.