ANS PRESS-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli xanım Prezident, Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.

Liberiya Respublikasının rəhbəri Ellen Conson-Serlif
İ.Əliyev həmçinin Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyumu təbrik edib. Azərbaycan prezidentinin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Maldiv Respublikasının prezidenti Abdulla Yamin Abdul Qəyyum
İlham Əliyev idmançılar üçün mükafatları müəyyən etdi