İlham Əliyevdən Hindistan prezidentinə TƏBRİK

İlham Əliyevdən Hindistan prezidentinə TƏBRİK
19:09 24 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev hindistanlı həmkarı Pranab Mukhercini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir: “Hörmətli cənab prezident, Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR