Türk sənətçiləri Ajda Pekkan və Bülent Ersoy arasında keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçənilki iftar süfrəsində əsası qoyulan qalmaqal bitmək bilmir. ANS PRESS-in məlumatına görə, Pekkanın salam verməməsi üzündən məhkəməyə qədər gedib çıxan qalmaqala yüksək vəzifəli məmurlar qarışıb. Məhz bu müdaxilədən sonra Bülent Ajda barəsində əldə etdiyi gizli sənədləri üzə çıxarmayacaq.

Əslində söhbət Divanın Süperstara "Hödük, əsayib, nəsli tükənmiş" sözlərindən sonra böyüdü. Bu sözləri qəbul etməyən Ajda Pekkan Bülent Ersoydan prokurorluğa şikayət etmişdi. Bülent Ersoy ifadə verməkdən imtina etdiyindən məhkəmə onun barəsində saxlanma qərarı çıxarmışdı. Qərara görə Bülent Ersoy polis tərəfindən görüldüyü yerdə tutulub hakim qarşısına çıxarılmalıdır.

Türkiye şou biznesinin devleri Bülent Ersoy və Ajda Pekkan arasında mübahisə davam edir.

Bir qonaqlıqda qarşılaşan cütlükdən A.Pekkanın ona salam verməməsinə əsəbləşən Ersoy həmkarını təhqir etmişdi. "Allahın salamını verməyi öyrənsin. Bir məclisdə idik, bizim oturduğumuz masaya gəldi, salam vermədən oturdu. Allahın salamını verməmək nə demək? Axı sən kimə nömrə göstərirsən? Kimsən sən? Kimə özünü dartırsan? Orada mən vardım, Orhan Gencebay vardı. Yəni səndən aşağı bir insan yox idi. Hətta səndən yuxarısı vardı o masada. Özünü nə hesab edir görəsən bu əcayib hödük. Allah onu islah etsin" - deyərək, əsəblə jurnalistlərə açıqlama vermişdi.


Bülent Ersoy jurnalistlərə müsahibə verərkən Ayda Pekkana "Əcayib, hödük, nəsli tükənmiş" deyir.

Təhqirlərə qəbul etməyən qarşı tərəf məhkəməyə üz tutub. Televiziya proqramlarının birində isə, "Biz bacı-qardaş kimi idik. Buna noldu görəsən?" - deyərək Bülenti daha da əsəbiləşdirmişdi.

Bülent Ajdanın bu hörmətsizliyinin qarşısını almaq üçün ona hədələyici mesaj göndərir. Söyüşlərinə görə məhkəməyə verilən Bülent isə əlində Ajda haqqında gizli sənədlər olduğunu və onları məhkəməyə verəcəyini demişdi. Sadəcə vəzifəli şəxslərin xahişindən sonra o, həmin sənədləri seyfə qoyaraq bağladığını deyib.