Sabiq hakimin məhkəməsində təqsirləndirilən şəxsin vəziyyəti pisləşib, təcili yardım çağırılıb

17:17 26 Dekabr 2014
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 17:12 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Vəkil İradə Cavadovanın APA-ya verdiyi məlumata görə, prosesdə şahid qismində Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Hikmət Usubov, Nərimanov rayon prokurorunun sabiq müavini Cavid Quliyev və Tariyel Haqverdiyev ifadə veriblər.

Vəkil İradə Cavadovanın sözlərinə görə, şahid Tariyel Haqverdiyev ifadə verən zaman təqsirləndirilən Elman Məmmədovun vəziyyəti pisləşib və o, huşunu itirərək yerə yıxılıb. Bundan sonra prosesə fasilə verilib və məhkəməyə təcili tibbi yardım çağırılıb.

İttiham aktına görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.  

 

İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR