Qiyamət saatının vaxtı dəyişdi

Qiyamət saatının vaxtı dəyişdi
21:46 24 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Nüvə Tədqiqatları İnstitutu Qiyamət Gününün vaxtını 2 dəqiqə irəli çəkib.

ANS PRESS-in məlumatına görə, 1947-ci ildən bu yana dünyanın qarşı-qarşıya qaldığı təhlükələrə diqqət çəkmək məqsədilə hazırlanan simvolik Qiyamət saatının vaxtı dəyişdirilərək 11:57-yə kimi gətirilib.

Belə bir addım 1984-cü ildə "soyuq müharibə" zamanı həyata keçirilmişdi. O illərdə də Qiyamət saatının vaxtı dəyişdirilərək 11:57-yə kimi gətirilmişdi.

Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun alimləri bəyan edir ki, yeni vaxta riayət olunmazsa, dünyada baş verən proseslərin heç də yaxşılığa doğru getməyəcək. Alimlər bildirir ki, saatın vaxtının dəyişdirilməsi qlobal iqlim dəyişikiliyi ilə əlaqədardır.

Qeyd edək ki, Qiyamət saatının vaxtı bu günə qədər 1947-ci ildən bu yana dünyada baş verən proseslərlə əlaqədar 18 dəfə dəyişdirilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR