O gün Hz.Məhəmməd üçün dünyaya böyük mesaj veriləcək (FOTO)

O gün Hz.Məhəmməd üçün dünyaya böyük mesaj veriləcək (FOTO)
23:16 24 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiəynin dörd bir yanından minlərlə insan "Hz.Məhəmmədə (s) sevgi" yürüşü üçün İstanbula doğru yola çıxıb.

ANS PRESS-in məlumatına görə, Parisdə "Charlie Hebdo" jurnalının Hz.Məhmməd (s) peyğəmbərin karikaturasına qarşı aksiya keçirmək üçün minlərlə insan İstanbulun Fatih meydanına toplanaraq yürüş təşkil edəcəklər.

"İstanbula gedirik" sloqanı ilə başladılan kampaniyaya minlərlə insan iki həftə əvvəldən qoşulmağa başlayıb.

Sosial şəbəkələr vasitəsilə yürüşdən xəbər tutan insanlar yanvarın 25-də Fatih meydanında böyük yürüş həyata keçirəcəklər.

Qeyd edək ki, bundan əvvəl Çeçenistan lideri Ramzan Kadırovun rəhbərliyi ilə "Charlie Hebdo" jurnalının Hz.Məhmməd (s) peyğəmbərin karikaturasına qarşı aksiya keçirilmişdi. Aksiyada 1 milyona yaxın yaxın iştirak etmişdi.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR