Kiyev, 27 iyul, AZƏRTAC
Ukrayna Konstitusiya Məhkəməsinin sədri Yuri Baulini aparan “Toyota Camry” avtomobili qarşı zolağa çıxaraq, içərisində üç uşaqlı ailənin olduğu avtomobillə toqquşub.
AZƏRTAC “Poltava” informasiya agentliyinə istinadla xəbər verir ki, dəhşətli qəza Sıqanskoye kəndinin yaxınlığında baş verib. Ölənlər və yaralananlar var.
Veb-nəşr hadisənin şahidinin bu sözlərini sitat gətirib: “Kiyev nömrə nişanlı “Toyota Camry” çox yüksək sürətlə hərəkət edirdi. Maşın qarşı zolağa çıxaraq köhnə inomarka ilə toqquşdu. Həmin maşının içərisində ailə var idi, valideynlər və oğlan yerindəcə vəfat etdilər, 11 yaşlı qızın vəziyyəti ağırdır. Toqquşma elə güclü olub ki, üçüncü uşağın hara düşdüyü hələ məlum deyil”.
Şahidin dediyinə görə, “Toyota”nın sürücünü və Konstitusiya Məhkəməsinin sədrini reanimasiyaya çatdırıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev