Somali quldurları daha bir gəmini ələ keçiriblər.

Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, quldurlar bu gün səhər Ədən körfəzində Liberiyanın “Biskaqlia” nəqliyyat gəmisinə hücum ediblər.

Hücum zamanı “Biskaqlia”nın ekipajının 3 üzvü özünü dənizə atıb. Sonradan onları yaxınlıqdan keçən alman gəmisi sudan çıxarıb.