ABŞ-dan Rusiyaya sərt bəyanat

ABŞ-dan Rusiyaya sərt bəyanat
03:59 25 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Co Bayden Ukraynanın dövlət başçısı Pyotr Poroşenko ilə telefon danışığı zamanı Rusiyanı Minsk razılaşmalarının pozulmasında ittiham edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

 

“Bayden və Poroşenko Rusiyanın Minsk razılaşmalarında əks olunan öhdəliklərinə etinasızlıqla yanaşmasından və Ukraynada vəziyyətin yenidən gərginləşməsindən narahatlıqlarını ifadə ediblər. Həmçinin, vitse-prezident Bayden Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların hücumunu pisləyib”, sənəddə deyilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR