Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqın baş naziri Heydər Əl-Abadi Türkiyə HHQ tərəfindən ölkənin şimalında hərbi əməliyyatların aparılmasına qarşı çıxış edib. Trend-in məlumatına əsasən, bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, İraq və Türkiyə qardaş ölkələrdir, ancaq Türkiyə İraqın müstəqilliyinə hörmət etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az