"Ukraynalı futbolçular, məşqçilər Azərbaycana istisnasız olaraq pul xatirinə gedirlər". Fanat.az хəbər verir ki, bu sözləri AZAL-ın sabiq ukraynalı yarımmüdafiəçisi Valeri Kutsenko deyib.

"Çernomorets" keçən futbolçu Ukrayna mətbuatına məlumat verib. Valeri AZAL-dan ayrılmasının səbəbini açıqlayıb: "AZAL-la müqaviləmin müddəti bitməmişdi. Komanda yay fasiləsində olduğundan mənim də istirahət üçün vaxtım var idi. İstirahəti başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmağı düşünürdüm. Amma Bakıdan mənə zəng edib dedilər ki, klubun maliyyə problemləri var. Bununla əlaqədar bütün legionerlərdən imtina olunub. Ona görə də Ukraynadakı variantları gözdən keçirməli oldum".

Kutsenko AZAL-da elə də böyük pul almadığını deyib: "AZAL yaxşı, ortabab və sabit maliyyə imkanı olan klub idi. Amma bir neçə il öncə oynadığım ortabab Ukrayna klublarında AZAL-da aldığımdan daha çox qazanırdım".

Fanat.az