Bakı, 30 iyul, AZƏRTAC
"Expressbank"ın "SmileCard" taksit kartı ilə istənilən zaman nağdılaşma mümkündür. Bu kart "VISA" kartlarının istifadəsi mümkün olan dünyanın istənilən yerində keçərlidir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən "SmileCard"ı bankın filiallarından əldə edə bilərlər. "Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartının şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.
İstifadə olunan məbləğ ödənildikdə yenidən kartda bərpa edilir və təkrar istifadə oluna bilinir. SMS məlumatlandırma xidməti isə pulsuzdur.