Bakı, 30 iyul, AZƏRTAC
Bakı Fond Birjası (BFB) Listinq Komitəsinin qərarı ilə "Ucar İnşaat xidməti" ASC-nin sənədsiz, adi, adlı səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 36 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 2 AZN-dir. Ticarətə avqustun 3-dən başlanılacaq. İştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.