ABŞ konsulunu qətlə yetirən təşkilatın lideri öldürüldü

ABŞ konsulunu qətlə yetirən təşkilatın lideri öldürüldü
15:34 25 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

2012-ci ildə Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna basqın edərək səfir Kris Stivens də daxil olmaqla 4 diplomatı qətlə yetirən "Ənsar’uş Şeria" terror təşkilatının lideri Məhəmməd Zahavi öldürülür. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən məlumatına görə, mərkəzi Benqazi olan təşkilat öz tvitter səhifəsində Zahavinin "şəhid olduğu"nu qeyd edib. Onun kim tərəfəindən, nə vaxt, hansı şəraitdə öldürüldüyü bildirilməsə də, təşkilat üzvləri liderlərinin intiqamını alacaqlarını bəyan ediblər.

 

Qeyd edək ki, keçən il bu təşkilatın liderinin öldürülməsi ilə bağlı məlumatlar yayılmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR