Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, anadangəlmə əlil olmasına baxmayaraq, Nik həyatı sevərək yaşayıb və gözəl ailə sahibi olub.
O, əvvəllər dəfələrlə intihara cəhd etdiyini deyib. Lakin daha sonra əzmkarlıq göstərərək universitetə daxil olub. Motivasiya üzrə məsləhətçi işləyən Nik indiyədək 60 ölkədə seminar keçib. Müxtəlif kitabları və DVD-ləri var.
N.Vujikin həyatındakı ən böyük uğuru isə həyat yoldaşı Kanye Miyahara və oğlu, doğulacaq körpəsidir. Nik seminarların birində tanış olduğu xanımı haqqında “Həyatımda gördüyüm ən gözəl qadındır. Onu görəndə nəfəsim kəsilmişdi” deyib.


