“Ərəb baharı”nın il dönümü qanlı bitdi

“Ərəb baharı”nın il dönümü qanlı bitdi
09:11 26 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə “Ərəb baharı” inqılabının 4-cü il dönümü qanlı toqquşmalarla yadda qalıb. Paytaxt Qahirədə hökumətə qarşı çıxan yüzlərlə insan etiraz aksiyası keçirməyə çalışarkən təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşılaşıblar. Fəallar polisə daş və kəsici maddələrlə hücum ediblər. Polis isə, gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı azı 16 nəfər ölüb, zorakılıq törədən 20-ə yaxın insan həbs olunub.

Polis “Ərəb baharı” inqılabı zamanı xalq üsyanlarının rəmzinə çevrilən Təhrir meydanına girişləri bağlayıb.

Oxşar hadisələr, eyni zamanda, ölkənin ikinci ən böyük şəhəri İsgəndəriyyədə də qeydə alınıb. Aksiya iştirakçıları tramvayı yandırıblar. Hadisə nəticəsində bir neçə nəfər ölüb.

Zorakılıqlar zamanı digər bir məntəqədə törədilən partlayış nəticəsində isə, iki polis əməkdaşı yaralanıb.

2011-ci il, yanvar ayının 25-ində baş qaldıran etiraz aksiyaları sonda prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnmişdi.

Hökumət 2013-cü ildə icazəsiz etiraz aksiyası keçirilməsini qadağan edən qanun layihəsinə əsasən, zorakılıqlarla qarşı səbr etməyəcəyini və qəti tədbirlər görəcəyini bildirib.
Mənbə
Associated Press


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR