[ 26 Yanvar 2015 10:19 ]


Bakı - APA. Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin xarici işlər nazirləri Ukraynada yaranmış vəziyyətlə əlaqədar növbədənkənar görüşü yanvarın 29-da keçiriləcək.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Federika Moqerini bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko yanvarın 26-da keçiriləcək iclas zamanı Rusiyaya təzyiqlərin artırılması barədə məsələ qaldıracaqlarını bildirib. ATƏT-in daimi sədri olan Serbiya isə bu gün təşkilatın Daimi Şurasının iclasının keçiriləcəyini və Ukraynadakı vəziyyətin müzakirə olunacağını bildirib.