Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan "Sumqayıt" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib.

Metbuat.az-ın məlumatına görə, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçuyla 1 illik müqavilə imzalanıb. Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" CP klublarının şərəfini qoruyub.