Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Metbuat.az-ın xəbərinə görə, ilk yarış günündə 4 görüş keçirilib. APOEL "Midtyullann"a məğlub olmasına baxmayaraq, mərhələ adlayıb. Günün böyük marağa səbəb olan matçında qalib müəyyənləşməyib. "Molde" "Dinamo" ilə heç-heçə edib. Bu nəticə Zaqreb klubunu pley-offa çıxarıb. Digər iki pley-offa yüksələn klublar isə "Rapid" və "Monako"du.

Nəticələrə nəzər salaq:

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

4 avqust

APOEL (Kipr) - "Midtyullann (Danimarka) - 0:1

(ilk oyun: 2-1)

"Molde" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:3

(ilk oyun: 1-1)

"Ayaks" (Hollandiya) - "Rapid" (Avstriya) - 2:3

(ilk oyun: 2-2)

"Monako" (Fransa) - "Yanq Boyz" (İsveçrə) - 4:0

(ilk oyun: 3-1)