Bakı, 5 avqust, Elvin Camalov, AZƏRTAC
İngiltərənin hava yolları şirkəti “British Airways” avqustun 5-də təyyarələri sırasına yeni bir təyyarə daha qatacaq.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, “British Airways” Amerikanın təyyarə istehsalçısı “Boeing”ə verdiyi “B787-9 Dreamliner” sifarişinin “G – ZBKA” nömrəli ilk təyyarəsini bu gün şirkətin Everettdəki fabrikindən təslim alacaq.
“British Airway” “B787-9” ilə birlikdə sıralarına yeni bir növ təyyarə əlavə edəcək və ümumi “Dreamliner”lərin sayı doqquza yüksəlmiş olacaq.
İngiltərənin hava yolları şirkəti iyuldakı məlumatında sıralarına qatılacaq ilk “B787-9”un Dehli xəttində uçacağını bildirmişdi.