11 həkimə cəza!

11 həkimə cəza!
16:37 6 Avqust 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirləri gücləndirib. Aparılan cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək protokollar tərtib edilib, cərimələr tətbiq olunub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Reseptlərin düzgün yazılmamasına görə 11 həkim barəsində inzibati tədbirlər görülüb.

"Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir", - məlumatda bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/361258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR