Vətəndaşın qüruruna toxunan hərəkətə nazirlikdən REAKSİYA

Vətəndaşın qüruruna toxunan hərəkətə nazirlikdən REAKSİYA
11:27 7 Avqust 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

"Ana abidəsi" tarixi abidə kimi Nazirlər Kabinetinin siyahısında niyə yoxdur?

Ötən saylarımızdan birində "Yaxşı işi də pisliyə çevrilən icra başçısı" sərlövhəli yazı dərc etmişdik. Yazıda bir qədər əvvəl rayon mərkəzində olan Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidəsi və "Ana heykəli"nin sökülüb, I Qarabağ müharibəsi zamanı həlak olmuş şəhid gədəbəylilərin dəfn edildiyi Şəhidlər xiyabanının üst tərəfinə köçürülməsindən söhbət açılırdı.

Məsələyə Mədəniyyət və Turizm Nazirliyi reaksiya verib. Nazirliyin İnformasiya və İctimai Əlaqələr şöbəsindən bildiriblər ki, "Ana abidəsi" tarixi abidə kimi Nazirlər Kabinetinin siyahısında yoxdur. 41-45 abidəsi ilə bağlı məsələ isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılacaq".

Şöbədən bildiriblər ki, araşdırmaların nəticəsindən asılı olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər olacaq.

Qeyd edək ki, Gədəbəydən redaksiyamıza daxil olam məlumatda bildirilirdi ki, sökülərək yeni ünvana köçürülən abidələr Şəhidlər xiyabanının daha hündür hissəsinə qoyulub və kənardan baxanlar üçün elə təəssürat yaranır ki, sanki bura yeni tikilmiş abidəyə məxsus ərazidir. Sakinlər demişdilər ki, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə qarşı deyillər. Amma Azərbaycan xalqı və dövləti üçün canından keçmiş şəhidlərin xatirəsindən əziz heç bir dəyər yoxdur. Respublikanın heç bir yerində Şəhidlər xiyabanının ərazisinə hər hansı başqa abidənin yerləşdirilməsi halı yoxdur. 

Sakinlər rayon ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi və "Ana heykəli" üçün uyğun yerlər olduğu halda məhz həmin abidələrin xiyabanın ən hündür nöqtəsinə qoyulmasını şəhidlərə, şəhid ailələrinə hörmətsizlik kimi qəbul etdiklərini də gizlətmirlər. Deyirlər ki, həmin abidələr neçə illər idi ki, inşa olunduğu yerdə çox normal şəkildə qorunurdu. Sual edirlər ki, yerdəyişməyə ehtiyac var idisə, bunu bu cür mənfur qaydada etmək lazım idimi? Rayon ərazisində bu abidə üçün yer yox idimi?

Sakinlər abidələrin bu şəkildə tikilməsində başçının tamahının müstəsna rol oynadığını bildirirlər. Deyirlər ki, başçı hər qarış torpağı qənimət bilir, satışa çıxarıla bilən ərazi kimi baxır. Ona görə də abidələrə bu cür hörmətsiz münasibət göstərir.

Baş verənlərlə bağlı dövlət orqanlarına şikayətlər də nəticəsiz qalıb. Vətəndaşın qüruruna toxunan belə bır hərəkətə heç bir aidiyyəti dövlət qurumu reaksiya verməyib. "Sanki bu rayonda baş verən hadisələr Azərbaycan ərazisində yox, vergilər naziri Fazil Məmmədova məxsus feodal torpaqlarında baş verir. 

Görünür, həmin şəxslər hər hansı müdaxilənin F.Məmmədov tərəfdən qəzəblə qarşılanacağından və öz şəxsi bizneslərinin təhlükəyə düşəcəyindən ehtiyatlanırlar. Amma bu şəxslər unudurlar ki, hər biri dövlət başçısı qarşısında məsuliyyət daşıyırlar. Ümid edirik ki, bu yazıdan sonra respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar bu biabırçılığı aradan qaldıracaqlar.

Yeni Müsavat


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR