Şəhid ailələri və əlillərə müjdə

Şəhid ailələri və əlillərə müjdə
14:31 26 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və əhalinin sosial müdafiəsi sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, nazir Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkəmizin sabit makroiqtisadi inkişaf tempinin 2014-cü ildə uğurla qorunub saxlanıldığını vurğulayıb:

“Respublika hökumətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməyib. İqtisadiyyatın 2,8 faiz, xüsusən qeyri-neft sektorunun 7 faiz artması, iqtisadiyyata 27 milyard dollar investisiyanın yatırılması, 123 mindən çox yeni iş yerinin yaradılması və işsizliyin 4,9 faizə enməsi ölkəmizin ötən il əldə etdiyi mühüm nailiyyətlərdir. Bunlar, eləcə də əhalinin pul gəlirlərinin 1,4 faizlik inflyasiyanı üç dəfədən çox üstələməklə 4,8 faiz artması ümumən dünya miqyasında ən uğurlu göstəricilər kimi diqqəti cəlb edir”.

Ötən il də dövlət siyasətində sosialyönümlülük kursuna üstünlük verildiyini bildirən nazir həmin dövrdə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsini bunun növbəti bariz təzahürü kimi qeyd edib: “Keçən il ölkə üzrə ümumilikdə 506 mindən çox insan sosial müavinət və Prezident təqaüdləri ilə təmin edilib. Bu dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə sosial cəhətdən həssas qruplara aid 80 min nəfərədək insana yönələn sosial ödənişlərdə ciddi artımlar edilib. Ümumilikdə hesabat dövründə sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunub”.

S.Müslümov əlavə edib ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına əsasən, hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan bütün vətəndaşlar, yəni 1453 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxs, eləcə də ötən il növbəyə dayananlardan 67 nəfəri avtomobillə təmin olunub: “Eyni zamanda, keçən il 174 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda əlil və şəhid ailələri üçün paytaxtda və daha 4 rayonda çoxmənzilli binalar, habelə 52 rayonda 353 fərdi ev tikilir. Ayrılmış vəsait hesabına 2015-ci ildə 1031 ədəd, o cümlədən 487 ədəd fərdi evin və 544 ədəd mənzilin əlil və şəhid ailələrinə verilməsi nəzərdə tutulur”.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR