“Qarabağ” klubunun direktoru: “Yanq Boyz” klubu ilə ilk matçın səfərdə keçirilməsi bizim üçün yaxşıdır

“Qarabağ” klubunun direktoru: “Yanq Boyz” klubu ilə ilk matçın səfərdə keçirilməsi bizim üçün yaxşıdır
20:08 7 Avqust 2015
70 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
“Yanq Boyz” play-off mərhələsində mübarizə aparması güclü komanda olduğunu göstərir. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun direktoru Emrah Çelikel Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasından sonra komandasına rəqib olan İsveçrənin “Yanq Boyz” kollektivi barədə fikirlərini bölüşərkən deyib.
O bildirib: “İlk matçın səfərdə keçirilməsi çox yaxşıdır. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gətiriləcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması üçün vaxt qazanarıq. İnşallah, hər şey istədiyimiz kimi olacaq”.
Azərbaycan çempionu "Qarabağ" 11 dəfə İsveçrə çempionu və 6 dəfə ölkə kubokunun sahibi “Yanq Boyz” ilə ilk matçını avqustun 20-də Bern şəhərindəki 32 minlik "Stad de Syuiss" stadionunda keçirəcək. Bir həftə sonra isə Bakıda doğma meydanda cavab qarşılaşması oynanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_klubunun_direktoru_Yanq_Boyz_klubu_ile_ilk_matchin_seferde_kechirilmesi_bizim_uchun_yaxsidir-876151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR