Bakı, 8 avqust, AZƏRTAC
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində "Kompyuter", "Aşpaz köməkçisi", "Bərbər" (kişi), "Rəssamlıq" və "Tikiş" kursları üzrə növbəti imtahan keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, imtahanda 19 nəfər iştirak edib. Komissiyanın qərarına görə 17 nəfərə öyrəndikləri peşələr üzrə sertifikat, 2 nəfərə isə arayış verilib.