Bakı, 8 avqust, AZƏRTAC
Tayvanın dünyanın ən böyük elektronika istehsalçısı olan “Foxconn” korporasiyası beş il ərzində Hindistanda yeni elektronika istehsalı müəssisələrinin açılması üçün beş milyard investisiya yatıracaq.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Asiyanın üçüncü ən güclü iqtisadiyyatına malik olan Hindistanda bununla 10-12 istehsal müəssisəsi və 50 minədək yeni iş yeri açılacaq.
Qeyd edək ki, “Foxconn” korporasiyası “Apple”, “ Blackberry”, “Xiaomi” və s. şirkətləri elektron hissələrlə təmin edir.