Cavid Hüseynov döyülən jurnalisti ziyarət etdi

Cavid Hüseynov döyülən jurnalisti ziyarət etdi
00:39 9 Avqust 2015
133 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin futbolçusu Cavid Hüseynov qohumları tərəfindən döyüldüyü iddia edilən jurnalist Rasim Əliyevi xəstəxanada ziyarət edib. Apasport.az saytına bu barədə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı məlumat verib.

 

 

Döyülən jurnalistlə görüşdüklərini bildirən klub rəsmisi Rasim Əliyevin vəziyyətinin qənaətbəxş olduğunu deyib:

 

 

“Rasim Əliyevlə xəstəxanada görüşdük vəziyyəti qənaətbəxşdi. Həkimlə də görüşdük. Amma bir az araşdırmaya ehtiyac var və yəqin ki, buna sabah aydınlıq gələcək”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/211014

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR