İstanbul, 9 avqust, AZƏRTAC
Kürd Fəhlə Partiyası (PKK) Türkiyədə terrorçuluq fəaliyyətini davam etməkdədir.
Türkiyə mediasının məlumatına görə, Avqustun 8-də gecə saatları Mardində terrorçularla atışmada bir polis nəfəri şəhid olub. Ağrı bölgəsinin Doğubəyazit rayonunda hərbiçilərə məxsus müşahidə qülləsi terrorçular tərəfindən atəşə tutulub. Şırnak şəhərinin mərkəzində PKK tərəfdarları şəhərin mərkəzi yollarını bağlayıblar.
Kürd Fəhlə Partiyasının terrorçu fəaliyyəti ölkə ictimaiyyətinin kəskin etirazına səbəb olub. PKK-da silahları təhvil vermək, terrora son qoymaq çağırışları günbəgün artmaqdadır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul