Jurnalisti döyüb öldürən şəxsin fotosu yayıldı

Jurnalisti döyüb öldürən şəxsin fotosu yayıldı
02:46 10 Avqust 2015
393 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovu tənqid etdiyi üçün jurnalist Rasim Əliyevi döyərək öldürən şəxsin fotosu yayılıb.

ANS PRESS-in məlumatına görə, musavat.com saytının yaydığı fotodakı şəxs Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur. Onun 21 yaşı var.

Avqustun 9-da döyülən jurnalist Rasim Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist səhər saatlarında həyatını itirib.


Elşən İsmayılov

Futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin ölüm xəbərini təsdiqləyən Klinik Tibbi Mərkəzdən bildirilib ki, xəstə daxili qanaxma nəticəsində dünyasını dəyişib.

16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi.

Mərhum onu döyənlərin futbolçu Cavid Hüseynovun qohumları olduğunu iddia edirdi. Buna səbəb kimi “Facebook” sosial şəbəkəsində C. Hüseynovla bağlı yazdıqlarını göstərib.

Jurnalist Rasim Əliyevin "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülməsi məlumatını ilk olaraq həmkarı jurnalist İlqar Vəliyev özünün Facebook səhifəsində məlumat yayıb. Onun yazmışdı ki, 1 saylı Şəhər Klinik Xəstəxanaya (keçmiş Semaşko) yerləşdirilən ANN TV-nin əməkdaşı Rasim Əliyev ağır xəsarətlər alıb, qabırğalarını sındırıblar və onun sol qulağı eşitmir.

Rasim Əliyev avqustun 9-da günorta saatlarında Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.


Rasim Əliyev dəfn edilib.

Daxili İşlər Nazirliyi Respublika Baş Prokurorluğu jurnalist Rasim Əliyevin ölümü bağlı məlumat yayıb.

Artıq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər də başlayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisi oğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.



Jurnalistin döyülməsi ilə bağlı Cavid Hüseynov da danışıb: ""Facebook"da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam "astanovka"dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım..."

Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib: "Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil".


Cavid Hüseynov

Jurnalist Rasim Əliyev xəstəxanda olarkən müsahibə də vermişdi. Həmin müsahibəni də sizə təqdim edirik.


Rasim Əliyevin xəstəxanada verdiyi müsahibə

“Qəbələ” İdman Klubu da jurnalist Rasim Əliyevin vəfat etməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, tezliklə bu məsələnin hüquq-muhafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=357542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR